Əsirlikdəki hərbçimizin anası BQXK-ə müraciət edəcək
17 aprel 2010 15:00 (UTC +04:00)

Əsirlikdəki hərbçimizin anası BQXK-ə müraciət edəcək

Nailə Məmmədova oğlunun əsirlikdən qaytarılması üçün bu addımı atacaq


2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən Azərbaycan ordusunun çavuşu Anar Hacıyevin anası oğlunun əsirlikdən geri qaytarılması xahişi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə müraciət edəcək.


Bu barədə APA-ya əsirin anası Nailə Məmmədova bildirib. Onun sözlərinə görə, BQXK əməkdaşları oğluna sonuncu dəfə fevralın 2-də baş çəkiblər: “O zamandan bəri oğlumdan xəbər yoxdur. Sonuncu dəfə BQXK-nın Bərdə ofisinin nümayəndələri məndən Anara çatdırmaq üçün ailə şəkillərini istəmişdilər. Mən də şəkilləri hazırladım. Amma sonra onlardan heç bir xəbər çıxmadı, heç şəkilləri də götürmədilər”.


Qeyd edək ki, 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, 2009-cu il mayın 10-da saat 09.45-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli istiqamətində əsir götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21