Yevlax sakini keçmiş arvadını bıçaqladı
15 aprel 2010 20:00 (UTC +04:00)

Yevlax sakini keçmiş arvadını bıçaqladı

Qadın çoxsaylı bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilib

Yevlax şəhər sakini 27 yaşlı Sadiq Əliyev keçmiş həyat yoldaşını bıçaqlayıb. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisə 13 apreldə şəxsi münaqişə zəminində baş verib.

Döş qəfəsindən çoxsaylı bıçaq zədəsi alan Zeynəb Əliyeva yaralı halda Yevlax Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı aprelin 14-də Yevlax Rayon Prokurorluğunda istintaq başlayıb, araşdırma aparılır. Bıçaqlamanın dəqiq səbəbi istintaq bitdikdən sonra məlum olacaq.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499

Oxşar yazılar