Bakıda yarım milyonluq qarət
15 aprel 2010 16:00 (UTC +04:00)

Bakıda yarım milyonluq qarət

“Karvan” şadlıq sarayından 306 min manat və 180 min dollar oğurlanıb



Azərbaycan paytaxtında şadlıq sarayı qarət edilib. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib.



Hadisə aprelin 14-dən 15-ə keçən gecə, “Karvan” şadlıq evində qeydə alınıb. Şadlıq sarayının pəncərəsini sındıraraq içəri daxil olan naməlum şəxslər orada olan seyfi sındıraraq, 306 min manat və 180 min ABŞ dolları götürərək qaçıblar.


Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar