Şəmkir Olimpiya Kompleksində ölüm hadisəsi
13 aprel 2010 17:00 (UTC +04:00)

Şəmkir Olimpiya Kompleksində ölüm hadisəsi

Yeniyetmə idmançı 3-cü mərtəbədən yıxılaraq ölüb


Aprelin 11-də Şəmkir rayonunda yeniyetmə idmançı ölüb. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisə Şəmkir rayon Olimpiya Kompleksində qeydə alınıb. 13 yaşlı Surxay Məmmədcəfərov ehtiyatsızlıqdan dünyasını dəyişib.


Belə ki, Şəmkirdə keçirilən basketbol üzrə Respublika Spartakiadasında Bakının Lökbatan qəsəbə sakini Surxay Məmmədcəfərov da yarış iştirakçılarından olub.


Axşam saatlarında yarışdan sonra üçüncü mərtəbədən birinci mərtəbəyə enərkən, Surxay Məmmədcəfərov pilləkənin məhəccərindən istifadə etmək istəyib. Sürüşərək aşağı düşməyə çalışan yeniyetmə basketbolçu müvazinətini itirib və birinci mərtəbəyə düşüb. Başından ağır zədə alan Surxay Məmmədcəfərov keçinib.


Şəmkir Olimpiya Kompleksinin direktoru 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, cüdoçu Mövlud Mirəliyevdir.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1456

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28