Şöhrət Quliyevin dəstəsinin məhkəməsi başladı
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 2003-2004-cü illərdə Azərbaycanda sifarişli qətllər törətməkdə təqsirli bilinən Şöhrət Quliyevin başçılıq etdiyi dəstənin işi üzrə hazırlıq iclası keçirilib.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, hakim Kəramət Əliyevin sədrliyilə keçirilən hazırlıq iclasında məhkəmə baxışı təyin olunub. Məhkəmə baxışı aprelin 22-də başlayacaq.
İttiham aktına görə, 2003-cü ilin dekabr ayında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradıblar. Dəstə üzvləri iş adamı Əhməd İbrahimovu, Gəncə şəhər sakini Kamal Ələkbərovu öldürməkdə ittiham olunurlar.
Şöhrət Quliyev, Mehman Qəhrəmanov, İlham Şabanov, Anar Həsənov, Səxavət Xudiyev, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov, Elim Şahmuradov, Bilal Verdiyev, Nuru Atayev və İlahibə Ələsgərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 217-ci (Banditizm) və 228-ci (Qanunsuz olaraq odlu silah, sursat əldə etmə və saxlama) və digər maddələri ilə təqsirləndirilirlər.
Fərid Əkbərov

731