“Futbol qumarı” üstündə ailə faciəsi - HEKAYƏT
Nərimanov rayonunda anasını və arvadını öldürən mühəndisin film kimi dramı
Lent.az-ın əməkdaşı Bakıdakı dəhşətli hadisənin təfərrüatlarını öyrənib
Bakının Nərimanov rayonunda dəhşətli qətl hadisəsi baş verməsindən Lent.az oxucularının xəbəri var. Hadisə aprelin 8-də saat 17.00 radələrində baş verib. Belə ki, rayonun Çermet qəsəbəsi, Valeh Əmirsayadov küçəsi ev 6a-da yaşayan Osmanov Elman Abdulla oğlu anası və həyat yoldaşını bıçaqlayaraq öldürüb. Daha sonra E.Osmanov bıçaqla özünü öldürmək istəyib. Bu gün Lent.az-ın əməkdaşı qətlin baş verdiyi əraziyə yollanaraq hadisənin səbəblərini öyrənib...
Meyitləri gözləyə-gözləyə
Dolanbac yollarla dolu olan Çermet qəsəbəsində Valeh Əmirsayadov küçəsi ev 6a ünvanını çox çətinliklə tapdım. Yas çadırı qurulmamışdı. Həyətdə və küçədə çoxlu adam vardı. Bir də, həyətdən bir kişinin hündürdən, qəzəb və dərd qarışıq səsi gəlirdi. Sonradan öyrəndim ki, bu, Elmanın atası Abdulla kişidir. Məlum oldu ki, hələ meyitlər “morq”dan gətirilməyib. Adamlar gözləyirdilər, meyitlər gətirilsin, sonra yollansınlar Ağsu rayonuna. Çünki Osmanovlar ailəsi əslən Ağsu rayonundandır. Meyitləri gözləyə-gözləyə yasa gələnlərdən Osmanovlar ailəsinin həyat hekayətini və hadisənin detallarını öyrəndim.
Ailə
Ailə Çermetdə uzun illərdir, yaşayır. Bu evdə Abdulla və Akifə Osmanovların üç övladı dünyaya gəlib. Böyüyü anadangəlmə ruhi xəstə olub. Ortancıl övlad sonradan anasının və arvadının canına qıyan Elman, sonuncusu isə qız olub. Qızı gəlin köçürüblər. Elman Azərbaycan Texniki Universitetini bitirir. Sonradan atasının çalışdığı yerdə – Bakı Metropolitenində işə düzəlir. Atası sürücü, oğlu isə mühəndis vəzifəsində çalışır. Sonra Elmanı evləndirirlər. Ona xalası qızı Aytəkini gəlin gətirirlər. Toyları düz 11 il əvvəl olub. Cütlüyün iki oğlu dünyaya gəlib. Böyüyünün 10, kiçiyinin isə 2 yaşı var.
Ailə şad-xürrəm ömür sürürdülər. Ata-bala hər gün işə gedir, işdən gəlir, bala nəvəsiylə, oğul övladıyla əylənirdi. Elmanın anası onun uşaqlarını hədsiz çox istəyirdi. Nəvələr nə desə, tezcə yerinə yetirərdilər. Üç il əvvəl isə hər şey dəyişdi...
Futbol qumarı
Elman futbol proqnozu verərək bukmeker kontorlarına pul qoymağa başlamışdı. Proqnozlaşdırdığı oyunların nəticəsi düz gəlməyəndə əsəbiləşir, evdə dava salırdı. Təbiətcə sakit, küçədə heç kimlə işi olmayan Elman hətta bir-iki dəfə anasını da vurmuşdu... Ancaq həyat yoldaşına bir dəfə də əl qaldırmayıb.
O, təxminən iki il əvvəl futbol proqnozunda qazanır: düz 5 min manat udur. Hətta həmin pulla özünə bir “Jiquli” də alır. Sonra yenə də futbol oyunlarına pul qoyur. Əvvəlcə əlindəki pulları uduzur, sonra avtomobilini satır. Sonra isə futbola pul qoyuluşunu “nisyə” şərtilə edir: proqnoz verir, qazanmadığından bukmekerlərə borclu qalır. Borc bir neçə min manat olandan sonra risk etməyə başlayır. Futbol proqnozuna əvvəl 5-6, sonralar 20-30, ondan sonra 100-150 manat qoyurdusa, birdən-birə bu məbləği 1000 manata qaldırır. Fikirləşir ki, udub həm borcunu qaytarar, həm də pullanar. Lakin verdiyi proqnozlar özünü doğrultmur – sözün bütün mənalarında. Beləliklə, Elmanın 10 min manatdan artıq borcu yaranır. Borclar “28 may” metrostansiyasının yaxınlığındakı bukmeker kontoru da daxil olmaqla bir neçə “variant qəbul edən” obyektə idi. Borclarını qaytara bilmir. Ana-atasının üstünə düşür, “borcluyam, onların borcunu hökmən qaytarmalıyam, yoxsa mənə pis olacaq”. Valideynləri bankların birindən kredit götürüb borcun bir hissəsini qaytarır. Sonra Elman gedib kompüter dükanlarından birindən biri 700 manata olmaqla 10 kompüter alır. Onları gətirib çox ucuz qiymətə – birini 300 manata satır. Lakin borc qurtarmırdı ki, qurtarmırdı. O, spirtli içki içərək əyyaşlıq etməyə başlayır. Elə hadisəyə bir neçə gün qalmış da sərxoşluq edirdi...
Elman dörd gündür, yatmırmış
Qonşularından biri deyir ki, Elman düz dörd gündür, yatmırdı. Çox gərgin görünürmüş həmin vaxt: “Hadisə olmazdan bir gün əvvəl gecə darvazanın qarşısında gördüm. Oturub siqaret çəkirdi. Dodaqları və sifətinin dərisi əsirdi. Hiss elədim ki, özündə deyil. Salamlaşdıq. Səhəri gün isə bu hadisə baş verdi. Ondan heç gözləmək olmazdı. Çox sakit adamdı Elman. O, futbol qumarının zibilinə düşdü...”
Hadisə
Sonuncu dəfə ailə üzvlərinin yanına gələrək “mənə təcili 1000 min manat pul lazımdı. “28 may”da variant qoyduğum yerə borcluyam” deyir. Atası onunla ətraflı danışır, hətta borclu olduğu yerin ünvanını da öyrənir. Onu danlamağa başlayanda isə oğlu əsəbiləşir. Möhkəm mübahisə edirlər. Ata evdən çıxır.
Elman isə anası və həyat yoldaşı ilə mübahisə edir. Artıq dörd gündür yatmayan, hədsiz gərginlik keçirən bu adam evin ikinci mərtəbəsində kartof soyan anasının əlindən iri, əldədüzəlmə bıçağı dartıb alır. Bıçağı 63 yaşlı ananın çənəsinin aşağı tərəfindən boğazına sancır. Sonra arvadı Aytəkinin üstünə cumur. Aytəkinə də çoxlu zərbə vurur. O, evdə olan ruhi xəstə qardaşına və iki övladına dəymir. Lakin özünü vurur: elə həmin bıçaqla boğazını kəsir. Səs-küyə qonşular darvazanın qabağına yığışır. Ancaq Elman həmin vaxt qapını arxadan bağladığından heç kim içəri girə bilmir. Qonşular evdən dəhşətli imdad səslərinin eşidildiyini görüb qapını sındırırlar. Qan içində olan Aytəkini düz qapının ağzında tapırlar. Onu küçəyə çıxarırlar. Qadınlardan ikisi onun bıçaqla deşilmiş qollarını sarıyır ki, qan kəssin. Ancaq elə həmin vaxt məlum olur ki, 33 yaşlı, bir qədər dolu bədənli olan Aytəkinin bütün bədəni deşik-deşikdir. Qonşulardan biri həmin anı belə xatırlayır: “Biz biləndə ki, onun bədəni deşik-deşikdir, qan aparıb, sağ qalmayacağını fikirləşdik. Küçədə imdad diləyən bir şəkil almış, ağzını açmaq istəyir, lakin gücü qalmadığından aça bilmirdi. “Təcili yardım” maşını gələnə qədər hər iki qadın ölmüşdü”.
İnanılmaz durum
“Təcili yardım” maşını hər iki qadını götürsə də, əlində bıçaq tutaraq küçənin ortasında durmuş, boğazından qan axan Elman yaxınlaşa bilmirlər. Elə bu an atası Abdulla gəlir. Kişi gördüklərindən şoka düşür. O, baş verənlərin borca görə olduğunu başa düşür. Oğluna bıçağı yerə atmağı əmr edir. Bıçağı atandan sonra isə ona yaxınlaşıb ətrafda olan qonşuların da eşidə biləcəyi səslə “sən neyləmisən?! Axı mən sənin borcunu verməkdən gəlirəm...” deyir.
Sən demə, kişi evdən əsəbi halda çıxandan sonra gedib pul taparaq oğlunun borcunu qaytarıbmış. Borcu qaytarandan sonra isə gedib yaxınlıqdakı “Nərimanov” metrostansiyasının yaxınlığındakı parklardan birindən oturaraq fikrini dağıtmaq istəyib.
Onun oğluna dediyi son söz isə belə olur: “Ay əclaf! Heç olmasa öz arvadını öldürməzdin, balalarını anasız qoymazdın...”
Və son
Əvvəldə demişdim axı, bunları meyitlər “morq”dan gətirilənədək öyrəndim. Sonra isə cənazələr gətirildi. Adamlar maşınlara minib Ağsuya – onları basdırmağa yola düşdü. Elman isə 5 saylı Şəhər Klinki Xəstəxanasındadır. Vəziyyəti ağırdır...
Pərvin ABBASOV

1074