Baş Prokurorluq Misir Mərdanova məktub göndərib
Məktubda təhsil nazirinə Dövlət Neft Akademiyasında mühafizə tədbirlərinin görülməsi tövsiyə olunub
Baş Prokurorluq Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilmiş kütləvi qətllə bağlı başlanmış cinayət işinin istintaqınınyekunlaşması ilə bağlı təhsil naziri Misir Mərdanova məktub göndərib. Baş prokurorunun 1-ci müavini Rüstəm Usubovun imzası ilə daxil olan məktubda ötən il aprelin 30-da hadisənin baş verdiyi ADNA-nın II korpusunun mühafizə edilmədiyini, kənar şəxslərin girişinin sərbəst olduğu qeyd olunub.
Lent.az-ın məlumatına görə, Baş Prokurorluğun məktubunu təhsil naziri Misir Mərdanov bu gün ali məktəb rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında oxuyub. Məktubda deyilir ki, ADNA-da hadisənin baş verdiyi ərəfədə tədris binasına daxil olan şəxslərin tələbə bileti və ya xidməti vəsiqəsi yoxlanılmayıb. Buna görə də cinayəti törətməkdə təqsirləndirilən Fərda Qədirov, Cavidan Amirov və Nadir Əliyev aprelin ortalarında binanın mərtəbələrini sərbəst gəzib, giriş-çıxışları, həyətdən küçəyə çıxış yollarını öyrəniblər. İstintaq zamanı müəyyən edilib ki, fövqəladə hallar üçün nəzərdə tutulmuş və zəruri hallarda istifadə edilməli olan binanın ehtiyat pilləkənlərinin aşağı mərtəbələrdə dəmir barmaqlıqlarla bağlı olması səbəbindən tələbə və müəllimlərin binanı tərk etmək imkanı olmayıb. Bu və ya digər fövqəladə halların qarşısını almaq üçün təhsil müəssisələrinin təhlükəsizliyinin qorunması üçün həmin müəssisələrin xüsusi mühafizəsi təşkil olunmalı, qanunvericiliyə müvafiq olaraq həmin binalara giriş-çıxış qaydaları müəyyən edilməli, fövqəladə hallar zamanı binanın tərk edilməsi üçün xəbərdaretmə qurğusu və digər mühafizə sistemləri quraşdırılmalı, ehtiyat çıxışlar sərbəst olmalı, digər zəruri tədbirlər görülməlidir.
Məktubda Təhsil Nazirliyindən qeyd olunan nöqsanların aradan qaldırılması üçün tədbirlər görməsi və nəticələri barədə 1 ay müddətinə Baş Prokurorluğa məlumat verilməsini xahiş edib.
Elxan SALAHOV

503