Lalə Şövkətlə “Ölkə” qəzetinin məhkəmə çəkişməsi başladı
31 mart 2010 13:00 (UTC +04:00)

Lalə Şövkətlə “Ölkə” qəzetinin məhkəmə çəkişməsi başladı

Martın 31-də Yasamal rayon Məhkəməsində Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkətin “Ölkə” qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.



Lent.az-ın məlumatına görə, hakim Xaqani Məmmədovun sədrliyi ilə keçirilən iclasda iddiaçı tərəfin vəsatəti əsasında “Ölkə” qəzetinin yazarları Nicat Dağlar, Nəsimi Şərəfxanlı, Zülfüqar Hüseynli və Elmdar Əliyev də cavabdeh qismində tanınıb.

Məhkəmə baxışı aprelin 9-na təyin olunub.


Qeyd edək ki, Lalə Şövkət “Ölkə” qəzetinin 11 fevral 2010-cu il tarixli sayında dərc olunan “Madam” ləqəbli “KQB” agenti” yazısında şərəf və ləyaqətinin təhqir olunduğu bildirib. O, cavabdehin atılmış böhtanı təkzib etməsini, üzr istəməsini və dəymiş mənəvi ziyana görə 100 min manat məbləğində cərimə edilərək, bütün məbləğin Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatın hesabına köçürülməsini istəyib.



Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 331

Oxşar yazılar