BŞİH Avtovağzal Kompleksini məhkəməyə verdi
Avtovağzalda sanitariya, təmizlik və kommunal xidməti göstərilməsi üstündə dava düşdü
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan qurumlardan biri Bakı Beynəlxalq Avtovağzal Kompleksini məhkəməyə verib. Lent.az-ın məlumatına görə, komplekslə bağlı 1 saylı Bakı yerli İqtisad Məhkəməsinə BŞİH-in Mənzil Kommunal Təsərrüfat Departamentin (MKTD) İxtisaslaşmış Sanitariya-Təmizlik və Kommunal Xidmət İdarəsi müraciət edib.
Belə ki, bir müddət əvvəl Bakı Beynəlxalq Avtovağzal Kompleksinə sanitariya, təmizlik və kommunal xidməti məhz BŞİH-in adıçəkilən qurumu göstərib. Sonradan isə Kompleks rəhbərliyi xidmətlərin göstərilməsi üçün başqa bir qurumla müqavilə bağlayıb.
Lakin Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsaslanan BŞİH hesab edir ki, Kompleks məhz MKTD-nin İxtisaslaşmış Sanitariya-Təmizlik və Kommunal Xidmət İdarəsilə müqavilə bağlamalı imiş. Bu səbəbdən də qurum məhkəməyə müraciət edərək, Kompleksin onlarla müqavilə bağlanmasını tələb edib.
Məhkəmə prosesi aprelin 1-də keçiriləcək.
Pərvin ABBASOV

401