Moskva metrosunda ikinci partlayış
29 mart 2010 15:15 (UTC +04:00)

Moskva metrosunda ikinci partlayış

İkinci partlayış zamanı ölən və yaralananların sayı dəqiqləşdirilir

Moskva metrosunda ikinci partlayış baş verib. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata gör, bu dəfə partlayış “Park kulturı” stansiyasında olub.

Hüquq mühafizə orqanlarının əməkdaşları partlayışın yerli vaxtla səhər saat 08:39-da (Bakı vaxtı ilə 09:39-da) baş verdiyini bildirirlər. Ölən və yaralananların sayı dəqiqləşdirilir.

Xatırladaq ki, bundan əvvəl Bakı vaxtı ilə saat 8:52 radələrində metronun “Lubyanka” stansiyasında baş vermiş partlayış nəticəsində 26 nəfər ölüb. Onlardan 15 nəfəri vaqonda, 11 nəfəri isə platformada dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308

Oxşar yazılar