Murad Sadəddinov məhkəmədə ifadə verib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bir sıra ağır cinayətlərdə ittiham olunan Abşeron Rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində xaricdə yaşayan hüquq müdafiəçisi Murad Sadəddinov ifadə verib. O, keçmiş müdafiə naziri Rəhim Qazıyev, onun müavini Baba Nəzərli, Arif Paşayev və Əlikram Hümbətovun MTN-nin təcridxanasından qaçırılması ilə bağlı 1995-ci ildə ibtidai istintaqa verdiyi ifadəsini təzyiq altında verdiyini bildirib. M.Sadəddinov deyib ki, adıçəkilən şəxsləri təcridxanadan qaçırılandan sonra gizlədilmələrini təmin ediblər. M.Sadəddinov M.Əliyevin cinayət işi ilə bağlı ibtidai istintaqa verdiyi ifadəsini isə təsdiq edib.
Proses aprelin 2-də davam etdiriləcək.
İttihama görə, M. Əliyev dövlət hakimiyyətinə qarşı, prezidentə sui-qəsddə, keçmiş müdafiə naziri Rəhim Qazıyevi, Baba Nəzərlini, Əlikram Hümbətov və Arif Paşayevi MTN-in təcridxanasından qaçırmaqda ittiham olunur. İttihamnamədə bildirilir ki, M. Əliyev “OMON”-un tabor komandiri Elçin Əmiraslanovla birlikdə ölkə prezidentini öldürmək üçün terror aktı hazırlayıb. Bu barədə 1994-cü ildə Moskvada razılaşma əldə ediblər. Həmin il Dağıstanda “OMON”-un narazı əməkdaşlarından ibarət dəstə toplanmasında və keçmiş prezident Heydər Əliyev xaricdən dönən zaman təyyarənin raketlə vurulması üçün əməliyyatın hazırlanmasında iştirak edib. M. Əliyev 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Cinayət Məcəlləsinin 17.185, 70-2, 17, 15.93-9, 17.15.94 və hazırkı Cinayət Məcəlləsinin 28.277-ci, 29.32.2-ci, 277-ci, 32.2-ci, 232.2.1-ci və 278-ci maddələri ilə ittiham olunur.
M. Əliyev 2008-ci ildə tutulub.
Qeyd edək ki, M. Əliyev kommersiya fəaliyyəti ilə məşğul olan Cavanşir Piriyevi tamah məqsədilə 1993-cü il aprelin 13-də “QAZ-2410” markalı avtomobili ilə birlikdə oğurlayaraq öldürməkdə də ittiham olunub. Hacı Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində ifadə verərkən bu cinayəti Məmmədəli Əliyevin törətdiyini bildirib. Lakin saxlanılandan sonra bu ittiham M. Əliyevin üzərindən götürülüb.
Fərid Əkbərov

1105