Yardımlı sakini Bakıda intihar etdi
29 mart 2010 12:15 (UTC +04:00)

Yardımlı sakini Bakıda intihar etdi

Onun ruhi xəstə olduğu bildirilir

Abşeron rayonunda intihar hadisəsi baş verib. Bu barədə Lent.az-a Abşeron rayon prokurorluğundan məlumat verilib.


Martın 28-dən 29-na keçən gecə rayonun Masazır qəsəbəsində Yeni məhəllə adlanan ərazidə yerləşən həyət evində kirayədə yaşayan Yardımlı rayon sakini, 1976-cı il təvəllüdlü Əkbərov Eldəniz Rəşid oğlu evin damına bağlanmış dirəkdən özünü asıb. Onun ruhi xəstə olduğu bildirilib.



Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.




Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 368

Oxşar yazılar