Gəncə sakini bibisi oğlunu qətlə yetirdi
27 mart 2010 14:00 (UTC +04:00)

Gəncə sakini bibisi oğlunu qətlə yetirdi

Gəncədə dayı oğlu bibi oğlunu bıçaqlayaraq öldürüb. Gəncə şəhər Polis İdarəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, martın 26-da 1973-cü il təvəllüdlü Əhmədov Elsevər Mustafa oğlu şəxsi münaqişə zəminində qohumu, 1987-ci il təvəllüdlü Əhmədov Namiq Mixail oğlunu qarın nahiyəsindən bıçaqlayıb.


Yaralı saat 18:45 radələrində xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Əhmədov Namiq Mixail oğlu saat 23:50 radələrində dünyasını dəyişib. Hadisəni törədən şəxs isə yaxalanıb. Faktla bağlı araşdırma aparılır.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414

Oxşar yazılar