Məşqçi futbolçuları zorlayıb
27 mart 2010 11:00 (UTC +04:00)

Məşqçi futbolçuları zorlayıb

O, yeniyetmə futbolçuları “sizə futbol topu alacağam” bəhanəsi ilə aldadıb


Türkiyənin “Bursaspor” futbol klubunun keçmiş məşqçisi futbol topu alaraq başlarını qatdığı yeniyetmələrə təcavüz edib. Lent.az-ın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, əvvəllər “Bursaspor” klubunun aşağı yaş qrupu üzrə komandasını çalışdıran 56 yaşındakı Mahmud Sərbəst tutulub.


Məhəllənin futbol klubuna məşqçilik edən Mahmut Sərbəstin hərəkətləri məhəllə uşaqlarının valideynləri tərəfindən aşkarlanıb. Belə ki, uşaqlarının evə tez-tez təzə toplarla gəldiyini görən ata və analar vəziyyətdən şübhələnib və məşqçini izləməyə başlayıblar. Övladlarının məşqçi tərəfindən seksual hərəkətlərə məruz qaldığını görən valideynlər polisə müraciət ediblər. Polis Mahmud Sərbəsti izləməyə başlayıb və onun futbol oyunlarından sonra 10-15 yaşlar arasında olan uşaqlara əllə seksual xarakterli hərəkətlər etdiyi aşkarlanıb.


Dindirilən uşaqlardan 10-nun əllə seksual hərəkətlərə məruz qaldığı, 2-ə isə təcavüz olunduğu müəyyənləşib.


Məhkəmədə iddiaları qəbul etməyən Mahmud Sərbəst “Azyaşlı uşaqlara əllə seksual hərəkət və təcavüz” səbəbindən tutulub.

VÜQAR
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375

Oxşar yazılar