“Mavi”lər arasında 8-ci olimpiada
İyulun 31-də Almaniyanın Köln şəhərində qeyri-ənənəvi seksual oriyentasiyaya malik idmançılar arasında "Gay Games Cologne 2010" yarışı start götürəcək. Lent.az-ın məlumatına görə, sayca 8-ci dəfə keçiriləcək "mavi"lər olimpiadasına Almaniyanın xarici işlər naziri Gido Vestervelle dəstək verəcək.
Vestervelle homoseksual olduğunu açıq-aşkar bildirir və tez-tez ictimaiyyət qarşısına dostu Mikael Mrontsla birgə çıxır. Təşkilat komitəsinin rəsmisi Anetta Vaxterin sözlərinə görə, nazir bununla tolerantlıq əlaməti və qeyri-ənənəvi orientasiyanın nümayəndələrini müasir cəmiyyətə qəbul olunduğunu nümayiş etdirir. "Gay Games" hər 4 ildə bir dəfə təşkil olunur. Avqustun 7-dək davam edəcək budəfəki yarışa 12 min idmançı qatılacaq. Olimpiadanın proqramına futbol, atletika, üzgüçülük, bodibildinq, boulinq və qolf daxil edilib.
Qeyd edək ki, “mavi”lər arasında ilk olimpiada 1982-ci ildə ABŞ-ın San-Fransisko şəhərində reallaşıb. Sonuncu dəfə Avropa qitəsindən Hollandiyanın paytaxtı Amsterdam 1998-ci “Gay Games”i qəbul edib.

430