Rusiya idmançısı dünya çempionatında milçək uddu!
26 mart 2010 10:00 (UTC +04:00)

Rusiya idmançısı dünya çempionatında milçək uddu!

İtaliyanın Turin şəhərində keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatında rusiyalı Sergey Novitski ilə birgə buz üstündə rəqs etdiyi vaxt Yana Xoxlovanın ağzına milçək düşüb. Lent.az-ın məlumatına görə, bu haqda "Sovetskiy Sport"a Xoxlovanın özü açıqlama verib.

O, qəribə olayın martın 25-də "Palavela" buz arenasında orijinal rəqsin ifası zamanı baş verdiyini bildirib. Xoxlova buz arenasında milçəyin necə peyda olmasına təəccübləndiyini bildirib.

"Arzuolunmaz məxluq" rusiyalı duetin çıxışına mənfi təsirini göstərib. Orijinal rəqsə görə 54,28 xal alan fiqurlu konkisürənlər iki növ proqramın cəmində 91,98 xalla 5-ci pillədən 6-cı pilləyə enib. Onlar medal şanslarının qalmadığını etiraf ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 357

Oxşar yazılar