Beyləqanda 24 yaşlı oğlan özünü öldürüb
Azərbaycanın Beyləqan rayonunda intihar hadisəsi baş verib.
Bu barədə ANS PRESS-ə Beyləqan rayon Prokurorluğundan məlumat verilib. Rayonun Dünyamoğullar kənd sakini, 24 yaşlı Əlcəzamin Aydın oğlu Cabbarov özünü yaşadığı evin damından asaraq intihar edib. Əlcəzamin Cabbarovu iki gün axtaran ailə üzvləri onun meyitini yaşadıqları evin damından asılmış vəziyyətdə tapıblar.
Faktla bağlı Beyləqan rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, kənd sakinlərinin verdiyi məlumata əsasən, mərhum kənddəki pendir sexində işləyirmiş.

457