“Hərbi hissədəki qətliamla bağlı cinayət işi yekunlaşır”
20 mart 2010 13:00 (UTC +04:00)

“Hərbi hissədəki qətliamla bağlı cinayət işi yekunlaşır”

Daşkəsəndəki hərbi hissədə baş vermiş səs-küylü qətl hadisəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı 1 aya yekunlaşacaq.


Bu barədə APA-ya açıqlamasında Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bildirib. İstintaqın hərtərəfli aparıldığını deyən hərbi prokuror 4 nəfərdən başqa saxlanılanların olmadığını qeyd edib: “İstintaq obyektiv, qərəzsiz, dəqiqi aparılır. Buna heç kimin şübhəsi olmasın”.


X.Vəliyev hadisənin baş vermə səbəblərini hələlik açıqlaya bilməyəcəyini söyləyib: “Bu elə işdir ki, diqqətsizlikdən işlənən adi söz hər şeyi məhv edər”.


“Hadisədə “dedovşina” amili nə qədərdir” sualına cavab olaraq hərbi prokuror bunları deyib: ““Dedovşina” zabitlə əsgər arasında baş verən hadisə deyil. Araşdırmalar nəticəsində orada Nizamnamədən kənar hərəkətlərə, qanunsuzluqlara yol verildiyi məlum olub. O da müəyyənləşib ki, hadisəni törədən əsgərlər özləri də nizam-intizamsız olublar. Bütün məsələlər istintaq başa çatdırdan sonra açıqlanacaq”


Qeyd edək ki, bu il yanvarın 28-də Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə baş verən silahlı insident zamanı 6 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə ilə bağlı Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 750

Oxşar yazılar