Əmioğlular ad günü ziyafətində bıçaqlanıb
19 mart 2010 13:00 (UTC +04:00)

Əmioğlular ad günü ziyafətində bıçaqlanıb

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbə sakinləri olan iki əmioğlunun bıçaqlanmasının detalları Lent.az-a məlum oldu. Martın 17-də baş vermiş hadisəni araşdıran Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Həsən Mansurovun Lent.az-a verdiyi məlumata görə, tərəflər arasında münaqişə ad günü ziyafətində baş verib.

Keçmiş sinif yoldaş olan yeniyetmələr bir araya gələrək öz dostlarının ad gününü qeyd etdikləri zaman əmioğlular Kənan Mustafazadə və Ramin Mustafayevlə Rəşad Ələsgərov arasında mübahisə yaranıb. Onlar bayıra çıxaraq, mübahisələrini davam etdiriblər və dava düşüb. Bu zaman Rəşad Ələsgərov bıçaqla əmioğluların ikisini də vurub. Daha sonra isə hadisə yerindən uzaqlaşıb.

Hadisə nəticəsində Ramin Mustafayev ölüb, Kənan Mustafazadə isə iki bıçaq yarası ilə Sabunçu xəstəxanasına yerləşdirilib. Sabunçu RPİ-nin 13-cü polis bölməsinin əməkdaşları Rəşad Ələsgərovu martın 18-də tutub.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 407

Oxşar yazılar