Bakıda 17 yaşlı iki əmioğlunu bıçaqladılar
18 mart 2010 19:30 (UTC +04:00)

Bakıda 17 yaşlı iki əmioğlunu bıçaqladılar

Martın 16-ı, saat təxminən 23.00 radələrində Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi olub.


Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, bıçaqlanan iki əmioğludan Ramin Mustafayev ölüb, Kənan Mustafazadə isə Sabunçu rayon xəstəxanasına yerləşdirilib.


Əmioğluların hər ikisi 17 yaşındadır. Lent.az-ın Sabunçu rayon xəstəxanasndan alıdığı məlumata əsasən, iki bıçaq yarası alan Kənan Mustafazadənin vəziyyəti normaldır. Hadisənin səbəbi və kimin törətdiyi araşdırılır.

Vüqar BABA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar