Ucarda maşın ana ilə qızını vurdu
18 mart 2010 17:30 (UTC +04:00)

Ucarda maşın ana ilə qızını vurdu

Ana ölüb, qızı isə ağır yaralıdır

Ucar-Zərdab yolunun Ucar rayonunun Qarabök kəndindən keçən hissəsində ölümlə nəticələnən qol qəzası baş verib.


APA-nın yerli bürosunun xəbərinə görə, hadisə dünən axşam saatlarında qeydə alınıb.
Ucar rayonunun Qazyan kənd sakini, 1967-ci il təvəllüdlü Zeynalov Qurban Zaur oğlu idarə etdiyi 61 BD 799 dövlət nömrə nişanlı avtomaşınla yoldan keçən piyada - 1951-ci il təvəllüdlü Qarabök kənd sakini Şahverdiyeva Nahidə Əhəd qızını və onun qızı 1969-cu il təvəllüdlü Şahverdiyeva Məhəbbət Ağasəf qızını vurub. Xəsarət alan hər iki şəxs Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. N. Şahverdiyeva orada dünyasını dəyişib. Onunun qızının isə vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı Ucar rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336

Oxşar yazılar