Kür daşdı
17 mart 2010 11:30 (UTC +04:00)

Kür daşdı

14 nəfəri xilasedicilər xilas ediblər


Martın 16-da Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində yağan yağışlar nəticəsində daşqın əmələ gəlib.


Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Aşağı Salahlı kəndinə yaxın ərazilər subasmaya məruz qalıb, həmin vaxt qeyd olunan yerdə təsərrüfatla məşğul olan 14 nəfər köməksiz vəziyyətdə qalıb.


Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin Aran Dalğıc Axtarış Qrupunun (Mingəçevir şəhəri) dalğıc-xilasedicilərinin və Gəncə Regional Mərkəzinin xilasedicilərinin köməkliyi ilə zərərçəkmişlər xilas olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 313

Oxşar yazılar