4 itkin şəxs bir gündə tapıldı
Müxtəlif vaxtlarda evlərini tərk edib bir daha qayıtmayan şəxsləri polis qaytarıb
Bakıda ayrı-ayrı vaxtlarda itkin düşən 4 nəfər martın 15-də öz evlərinə qaytarılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ayrı-ayrı rayonların polis idarələri eyni gündə 4 nəfəri evinə döndərib.
Tapılaraq evinə qaytarılan şəxslərdən biri – Lamiyə Məhərrəmova martın 13-də itkin düşmüşdü. Yasamal rayonu, D.Bünyadzadə küçəsində yaşayan L.Məhərrəmova rayonun 28-ci polis bölməsinin əməkdaşlarının axtarış tədbirləri nəticəsində iki gün sonra tapılıb.
Fevralın 10-u itkin düşmüş Kazım Şəfiyev də 15 mart tarixində evinə qaytarılıb. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşlarının axtarışları mnəticəsində tapılıb.
Martın 15-i evinə dönən Gülpəri Rəcəbova 2009-cu ilin dekabrında itkin düşmüşdü. G. Rəcəbova Binəqədi rayonunun 5-ci Polis Bölməsinin əməkdaşlarının səyi nəticəsində evinə dönüb.
Nizami rayon Polis idarəsinin əməkdaşları da 2009-cu ilin dekabrında itkin düşmüş bir şəxsi martın 15-də tapa bilib. D.Aslanov küçəsində yaşayan Aygün ərəbova 23-cü polis bölməsinin əməkdaşlarının axtarışları nəticəsində evinə qayıdıb.
Vüqar BABA

310