“Surroqat ana”nın körpəsini satmaq istəyənlər tutulub
Keçən il Azərbaycanda “surroqat ana” (öz uşaqlığında donor embrionu daşıyan qadın) tərəfindən dünyaya gətirilmiş körpənin satmaq məqsədilə Rusiya Federasiyasına aparılmasının qarşısı alınıb. Lent.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2009-cu il fəaliyyəti haqqında olan hesabatında bildirilib.
Hesabatda həmçinin, qeyri-qanuni miqrasiya, insan alveri, saxta sənədlərin hazırlanması və istifadə olunmasına qarşı mübarizə sahəsində aparılan işlərlə bağlı da məlumatlar yer alıb.
Belə ki, Azərbaycan vətəndaşları olan qadınların cinsi istismar məqsədilə Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə (Dubaya) göndərilməsilə məşğul olan cinayətkar dəstələrin fəaliyyətinin, müxtəlif saxtakarlıq hallarının qarşısı alınıb, 12 nəfər Azərbaycan, 1 nəfər Türkiyə və 3 nəfər Özbəkistan vətəndaşı saxlanılıb, faktlar üzrə 11 cinayət işi başlayıb.
Pərvin ABBASOV

Oxşar yazılar

Azərbaycandan aparılan heyvan mənşəli məhsullar Rusiyaya buraxılmadı
16 iyul 2025 , 09:53
Zaqatalada evdən çürümüş meyit TAPILDI
16 iyul 2025 , 09:24Bakıda gölün ətrafında baş verən yanğın söndürüldü - VİDEO-YENİLƏNİB
16 iyul 2025 , 08:17
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11