Xəzərdə gəmi yandı
12 mart 2010 15:00 (UTC +04:00)

Xəzərdə gəmi yandı

Azərbaycanın ərazi sularında yanan gəminin 16 nəfərlik heyəti çətinliklə xilas edilib

Bu gecə Xəzərin Azərbaycana aid hissəsində gəmi yanıb. Bu barədə Lent.az-a Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən məlumat verilib. Belə ki, Mahaçqala limanında qeydiyyatda olan, 1967-ci ildə inşa olunmuş Rusiya Federasiyası bayrağı altında üzən “Kayakend” gəmisində baş verən güclü yanğınla bağlı gəmi kapitanı Abubakirov tərəfindən “sos” həyəcan siqnalı daxil olub.


Dərhal Dövlət Neft Şirkəti Neft Donanmasının və Fövqəladə Hallar Nazirliyinin gəmiləri və vertolyotları hadisə yerinə cəlb edilib. Gecə saat 02.00 radələrində 16 nəfərdən ibarət gəmi heyəti üzvü çətin şəraitdə xilas edilib.


Hazırda gəmidə yanğın tamamilə söndürülüb. Heyət üzvlərindən 9 nəfəri “Kür” gəmisinin, 6 nəfəri isə “Vixr-9“ gəmisinin bortunda sahilə çatdırılır.


Qəzaya uğramış gəmi isə xilasetmə əməliyyatları başa çatdırıldıqdan sonra hadisənin səbəblərinin araşdırılması üçün yedəyə götürülərək Bakı Limanına gətiriləcək.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 477

Oxşar yazılar