Bakıda orta məktəbin damı uçdu
12 mart 2010 14:00 (UTC +04:00)

Bakıda orta məktəbin damı uçdu

Hadisə yerində qəzanın aradan qaldırılması istiqamətində iş aparılır


12 mart 2010-cu il tarixində saat 16:30-da Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Ağaməli oğlu küçəsində yerləşən Təhsil Nazirliyinə məxsus 206 saylı orta məktəbin dam örtüyünün qoparaq yerə düşməsi barədə məlumat daxil olub.


Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin xilasediciləri hadisə yerinə cəlb edilib.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, güclü külək nəticəsində ikimərtəbəli orta məktəb binasının dam örtüyü, təxminən, 300kv.m. sahədə qoparaq yerə düşüb.


İlkin məlumata görə, xəsarət alan olmayıb. Hazırda hadisə yerində qəzanın aradan qaldırılması istiqamətində iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332

Oxşar yazılar