Bakıda 11-ci sinif şagirdi özünü asdı
Bakı Elitar Gimnaziyasının şagirdi intihar edib. Bu barədə APA-ya Nərimanov rayon Prokurorluğundan məlumat verilib.
Hadisə ötən gecə, paytaxtın Ə. Rəcəbli küçəsi 36, mənzil 26-da qeydə alınıb. Həmin ünvanda yaşayan, Pərvin Mirzə qızı Əsgərova özünü yaşadığı evin hamamında asıb. Yaxınları onun meyitini bir neçə saat sonra aşkar ediblər. P. Əsgərovanın özünə qəsd etməsinin səbəbləri barədə isə hələlik heç bir məlumat yoxdur.
Mərhumun Bakı Elitar Gimnaziyasının 11-ci sinif şagirdi olduğu bildirib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Bakı Elitar Gimnaziyanın direktoru Sevda Quliyeva APA-ya açıqlamasında R.Əsgərovanın məktəbin ən nümunəvi şagirdlərindən biri olduğunu qeyd edib. Şagirdin özünə qəsd etməsinin səbəbləri barədə heç nə deyə bilməyəcəyini vurğulayan S. Quliyeva onun atasının olmadığını deyib: “Anasıyla qalırdı. Bu günədək onun hər hansı dərdi də olmayıb. Bu xəbəri eşidəndə gimnaziyanın bütün kollektivi şoka düşdü”.

458