“Ekspress” qəzetinin adından istifadə edənlərə hökm oxunub
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə özlərini vəzifəli şəxs kimi təqdim edərək, vətəndaşları vəzifəyə düzəltmək adı ilə dələduzluq edən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Rüfət Süleymanov 3 il, Əhməd Seyidov 11 il, Akif Əzizov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Digər təqsirləndirilən Seymur Bayramov isə 7 il 2 ay şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Rüfət Süleymanov 2006-2008-ci illərdə Bakı şəhərində Əhməd Seyidov, Akif Əzizov və Seymur Bayramovla cinayət əlaqəsinə girərək, müxtəlif şəxsləri aldatma yolu ilə onlara küllü miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törədiblər. Onlar özlərini vəzifəli şəxs kimi təqdim etməklə fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədiblər.
İstintaqla müəyyən edilib ki, 2006-cı ilin iyunun əvvəllərində Rüfət Süleymanov Əhməd Seyidovla cinayət əlaqəsinə girərək, Abşeron rayonu Fatmayı kəndi ərazisindən 2 hektar torpaq sahəsinə sərəncam və şəhadətnamə almaq adı ilə Fikrət Bəhram oğlu İsmayılova özlərini Xətai rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim etməklə, 54 min ABŞ dolları, 48 min 556 manat alıblar.
Bundan başqa, təqsirləndirilən şəxslər Arzu Paşayeva Xətai rayonu, G.Şıxlinski küçəsində yerləşən “Görüş” kafesinin yanında ev tikmək üçün icra hakimiyyətindən icazə almaq üçün 20 min ABŞ dolları alıblar. Həmin küçədə 57 saylı mağazanın özəlləşdirilməsi üçün mağazanın sahibi Bahadır Məhərrəmovdan 14 min ABŞ dolları alaraq, mənimsəyiblər.
2007-ci ilin oktyabrında Rüfət Süleymanov özünü jurnalist müxbir kimi təqdim etməklə Əhməd Seyidov və Akif Əzizovla birlikdə tikinti işlərinin aparılması üçün Xətai rayon İcra hakimiyyətindən icazə almaq məqsədilə Qurban Sadıqovdan 11 min ABŞ dolları alaraq, mənimsəyiblər.
Daha sonra Akif Əzizov özünü “Ekspress” qəzetinin redaktoru kimi təqdim edərək, Dövlət Neft Şirkətinə işə düzəltmək üçün Akif Cəlilovdan 25 min ABŞ dolları alıb.
Bundan başqa, təqsirləndirilən şəxslər 2008-ci ilin sentyabrında Nazir Bayramovun pulunu ələ keçirmək məqsədilə, onun 2006-cı ildə özünə aldığı, Bakı şəhər sakini, Vidadi Əsgərovun adına olan, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki 4 sot torpaq sahəsi üçün “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış” və “Daşınmaz əmlakın pasportunu” düzəltdirəcəyini vəd edərək onun 5200 manat pulunu mənimsəyiblər.
Akif Əzizov ötən ilin müxtəlif dövrlərində Bakı şəhər sakinləri Arif Cəbiyevdən 4 min ABŞ dolları, Nizami Quliyevdən 7500 ABŞ dolları, Rüstəm Quliyevdən 5 min ABŞ dolları, Məmməd Məmmədovdan 4 min ABŞ dolları alaraq, onları Dövlət Neft Şirkətində işə düzəldəcəyi ilə aldadaraq vətəndaşların verdikləri pulları mənimsəyib.
Bundan başqa, Akif Əzizov Bakı şəhər sakini Rəna İsmayılovadan qızı Fidanı tibb bacısı, oğlu Rəvanı Nəqliyyat Nazirliyinin Nəqliyyat Departamentində işə düzəldəcəyinə söz verərək, 4 min ABŞ dolları alıb və deyib ki, qızını tibb bacısı təyin etdirmək üçün əlavə 1500 ABŞ dolları, oğlunu müfəttiş təyin etdirmək üçün 2100 ABŞ dolları ödəməlidir. Lakin A. Əzizov həmin pulları alaraq mənimsəyib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunurlar.
Fərid Əkbərov

552