Bloqqerlərin apelyasiya şikayəti təmin olunmadı
10 mart 2010 13:45 (UTC +04:00)

Bloqqerlərin apelyasiya şikayəti təmin olunmadı

Martın 10-da Bakı Apellyasiya Məhkəməsində bloggerlər Emin Milli və Adnan Hacızadənin şikayəti üzrə məhkəmə prosesi keçirilib.


Lent.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin olunmayıb, Səbayel rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.


Qeyd edək ki, E.Milli və A.Hacızadə 2009-cu il iyulun 8-də Səbail rayonundakı “Lebanese” restoranında baş verən insidentdən sonra saxlanılıblar. Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli biliniblər. Səbail rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428

Oxşar yazılar