4 yaşlı uşaq 9 aylıq bacısını sobaya atıb
Bütün bədəni yanan körpənin ayaqları kəsilib
Türkiyənin Siirt bölgəsinin Kurtalan rayonunda dəhşətli hadisə baş verib.
Lent.az-ın “internethaber.com” saytına istinadən verdiyi məlumata görə, Abdurrahman və Miniyet Nurışıkın 4 yaşlı oğlu ağlagəlməz hərəkət edib.
Adı açıqlanmayan 4 yaşlı uşaq anası mətbəxdə olarkən 9 aylıq bacısı Fatma Figen Nurışıkı evdə yanan sobanın içərisinə atıb. Körpənin qışqırtısına otağa gələn ana qorxulu mənzərə ilə qarşılaşıb. Anası 9 aylıq Fatmanı sobadan çıxarıb və kəndlilərin də yardımı ilə xəstəxanaya aparılıb.
Bədəni demək olar ki, tamamilə yanan və ayaqları kəsilən Fatmanın həyatını xilas etmək üçün həkimlər mübarizə aparırlar.

507