Məşhur “Gəncə işi” məhkəməyə göndərildi
2003-2004-cü illərdə Bakı və Gəncə şəhərlərində Əhməd İbrahimovun və Kamal Ələkbərovun qəsdən öldürülməsi faktı üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində iş üçün əhəmiyyət kəsb edən bir sıra maddi sübutlar əldə olunub.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda deyilir. DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, həmçinin, Gəncə şəhər sakini Şöhrət Quliyevin başçılıq etdiyi silahlı cinayətkar dəstə tərəfindən digər ağır cinayətlərin törədilməsi təkzibedilməz dəlillərlə sübuta yetirilib.
Müəyyənləşib ki, 2003-cü ilin dekabr ayında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradaraq, qrupu odlu silah və döyüş sursatı ilə təchiz ediblər. Şöhrət Quliyev cinayətkar dəstənin üzvlərinə Bakı şəhərində sahibkarlıqla məşğul olan Əhməd İbrahimovun öldürülməsini tapşırıb və bunun müqabilində onlara 25.000 ABŞ dolları məbləğində pul mükafatı verəcəyini vəd edib. Sonuncunun Bakı şəhərində yaşadığı ünvanı, işdən evə qayıtma vaxtını və marşrutunu müəyyənləşdirən cinayətkar dəstənin üzvü Anar Həsənov 2003-cü il dekabrın 18-də Əhməd İbrahimova yaşadığı binanın girişində “Makarov” markalı tapançadan atəş açaraq öldürüb.
Cinayətin aləti olan “Makarov” tapançası həmin il dekabrın 27-də Bakı şəhəri B.Nuriyev küçəsi 32 saylı binanın yaxınlığındakı bağ sahəsindən tapılaraq götürülüb və ekspert rəyi ilə hadisə yerində aşkarlanmış güllə və gilizlərin qeyd olunan tapançadan atılması təsdiqlənib.
Şöhrət Quliyev, mütəmadi olaraq ondan pul tələb edən Gəncə şəhər sakini Kamal Ələkbərovun öldürülməsini də sifariş verərək bununla əlaqədar cinayətin icraçılarına 25.000 ABŞ dolları pul mükafatı vəd edib. 2004-cü il martın 22-də “Makarov” tapançası ilə silahlanmış cinayətkar dəstənin üzvü İlham Şabanov Kamal Ələkbərovu yaşadığı evin qarşısında qətlə yetirib.
İstintaqla cinayətin aləti olan tapançanı dəstənin digər üzvü Elmar Qasımovun Gəncə şəhərindəki idman klubunun işçisi Məharət İsmayılovdan 600 ABŞ dollarına alması müəyyənləşib və həmin silah 2009-cu il mayın 26-da dəstə üzvü İlham Şabanovun Gəncə şəhərində yaşadığı evin həyətində basdırdığı yerdən götürülüb. Ekspert rəyi ilə hadisə yerində aşkar edilmiş gilizlərin və Kamal Ələkbərovun meyitindən çıxarılmış güllələrin həmin silahdan atılması təsdiqlənib.
İstintaq prosesində o da müəyyənləşib ki, cinayətkar dəstənin üzvləri Gəncə şəhərində fəaliyyət göstərən Xəzər Kazımova məxsus “Quş südü” adlandırılan kafedə mütəmadi yığışaraq törədəcəkləri cinayətlərin plan və detallarını müzakirə etmiş, eləcə də narkotik vasitələrin istehlak və satışını həyata keçiriblər. 2009-cu ilin iyununda kafedə aparılmış axtarış zamanı Xəzər Kazımov tərəfindən qanunsuz əldə edilib kafenin zirzəmisində gizlədilmiş “Kalaşnikov” avtomatı, 30 ədəd patron, habelə Rabit Abdinovun üzərindən Mehman Qəhrəmanovdan 250 manata aldığı narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Şöhrət Quliyev, Mehman Qəhrəmanov, İlham Şabanov, Anar Həsənov, Səxavət Xudiyev, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov, Elim Şahmuradov, Bilal Verdiyev, Nuru Atayev və İlahibə Ələsgərovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120 (Qəsdən adam öldürmə), 217 (Banditizm) və 228 (Qanunsuz olaraq odlu silah, sursat əldə etmə və saxlama) və digər maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilib.

812