12 il əvvəl bacısını öldürən qatil azadlığa buraxıldı
05 mart 2010 13:30 (UTC +04:00)

12 il əvvəl bacısını öldürən qatil azadlığa buraxıldı

Məhkəmə qəsdən adam öldürməkdə ittiham olunan şəxsin cinayət işinə xitam verdi

Martın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə qəsdən adam öldürməkdə ittiham olunan Salyan rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elçin Hüseynovun barəsində olan cinayət işinə xitam verilməsi haqqında qərar qəbul edilib. Bu qərar E.Hüseynovun cinayət müddətinin keçməsi ilə bağlı olub. O, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, E. Hüseynov 1997-ci ilin iyununda bacısı Elnarə Hüseynovanı boğaraq qətlə yetirib. Bu cinayəti ailədə hamı bilib.

2009-cu ilin oktyabrında Salyan rayonu, Cəfər Cabbarlı küçəsi, ev 48-də yaşayan Hüseynovlar ailəsində bələdiyyə seçkiləri ilə bağlı qeydiyyat aparılarkən cinayətin üstü açılıb. Elnarə Hüseynovanın qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamaması, sorğu zamanı ailə üzvlərinin bir-birinə zidd məlumatlar verməsi şübhə yaradıb.

Müəyyən edilib ki, 1997-ci il iyununda Salyan şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 48-də yaşayan, əvvəllər məhkum olunmuş Elçin Hüseynov anası Taizə ilə əlbir olaraq bacısı Elnarəni qısqanclıq zəminində boğaraq öldürüblər.


Dindirmə zamanı Taizə Hüseynova qızını əxlaqsız hərəkətlər etdiyinə görə əvvəlcə özünün öldürdüyünü söyləsə də, sonra qətlin oğlu tərəfindən törədildiyini etiraf edib.

Qeyd edək ki, E. Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham olunurdu.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 430

Oxşar yazılar