“GEN” MMC-nin rəhbərinə və işçilərinə ağır cəza istənildi
05 mart 2010 13:00 (UTC +04:00)

“GEN” MMC-nin rəhbərinə və işçilərinə ağır cəza istənildi

Martın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “GEN” MMC-nin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı “GEN” MMC-nin rəhbəri Elbrus Əliyevə 15 il, Nəbi Məmmədov, Həbib Ağayev, Asif Ələmov, Əliyar Abbasovun hər birinə 12 il, Kamran Məmmədov və Ramin Əliyevin hər birinə 10 il, İlkin Səfərov və Mehparə Cəfərzadəyə isə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edib.



Proses müdafiə tərəfinin çıxışları ilə davam etdirilir.


Qeyd edək ki, təqsirləndirilənlər Əliyev Elbrus Bulud oğlu, Abbasov Əliyar Qənbər oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Məmmədov Nəbi Ağarəhim oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Ələmov Asif Meyli oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu və Əhmədov Kamran Sabir oğlu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunublar.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441

Oxşar yazılar