Azərbaycanın məşhur plastik cərrahı 8 min manat cərimələndi
04 mart 2010 18:45 (UTC +04:00)

Azərbaycanın məşhur plastik cərrahı 8 min manat cərimələndi

Bakı Apelyasiya Məhkəməsində iki nəfər pasientlə “Funda” Tibb Mərkəzinin həkimi, məşhur plastik cərrah Camal Əzimzadə arasında olan məhkəmə çəkişməsi başa çatıb. Bu barədə Lent.az-a həmin məhkəmədən məlumat verilib. Hakim Mirzə Tağızadə plastik cərrahdan tutulacaq pulun məbləğini artırıb.

Belə ki, Qasımova Gülarə Allahyar qızı və Qasımova Xatirə İsrafil qızı (onlar ana-baladır) maddi və mənəvi ziyanın ödənilməsi tələbilə Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məlum olub ki, C.Əzimzadə tərəfindən cərrahiyyə əməliyyatı olunan şəxslərin hər ikisi əməliyyatdan narazı qalıb. Onlar əməliyyat üçün ödədikləri pulu geri tələb etməklə yanaşı, ondan dəyən mənəvi ziyanı da istəyib. Belə ki, Qasımovalar əməliyyata çəkdikləri 5780 manat və əlavə olaraq dəyən mənəvi ziyan üçün 15 min manat tələb ediblər. Nərimanov rayon Məhkəməsi iddianı qismən – Qasımovalara ümumilikdə 1,5 min manat ödənilməsini təmin edib.

Onlar isə qətnamədən narazı qalaraq Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Bakı Apelyasiya Məhkəməsi Nərimanov rayon Məhkəməsinin qətnaməsini ləğv edərək, Gülnarə Qasımovanın xeyrinə yeni qətnamə çıxarıb. Qətnaməyə əsasən, cərrah Camal Əzimzadədən G.Qasımovanın xeyrinə 5780 manat maddi və 2000 manat (ümumilikdə 7780 manat) mənəvi ziyana pul tutulmalıdır.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1183

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28