Gəlinlə bəy şadlıq evində dalaşıb ayrıldılar
İndi onlar bir-birindən təzminat almaq üçün məhkəməyə üz tutub
Türkiyənin İzmir şəhərində 19 yaşlı gəlin nikah mərasimi və üzərinə bəzək əşyaları taxılmasından yarım saat sonra toy zalını tərk edib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, B.Ö. ailəsi ilə birgə Ankaraya yola düşüb.
Ortada qalmış bəy boşanma və özünə dəymiş zərərin ödənməsi üçün məhkəməyə üz tutub. Görkəm Ö. məhkəməyə müraciətində yazıb ki, toya gələnlərlə söhbət edirmiş. Bu zaman ona gəlinin özünü pis hiss etdiyini bildiriblər: “Gəlini toy zalına bitişik otağa aparmışdılar. Məni görəndə əsəbi şəkildə dedi ki, evlənmək istəmir, təcili Ankaraya qayıdacaq. Onu sakitləşdirməyə çalışdım. Ancaq bu zaman B.Ö.-nün anası və bacısı gəlin paltarını və zinət əşyalarını çıxarıb, onu sadə formada geyindirdilər və təcili toy zalını tərk etdilər”.
Bu olayın kişilik qürurunu zədələdiyini, evliliyə inamını azaltdığını vurğulayan Görkəm. Ö. İndi gəlin və onun ailəsindən toy xərclərini geri istəyir: “Toy üçün borc almışdım. Mənə dəymiş maddi ziyana görə 20 min, mənəvi ziyana görə 50 min lirə təzminat istəyirəm”.
Ancaq gəlinin də iddiası var. B.Ö. məhkəməyə bildirib ki, hazırda rəsmən ərdə olduğu Görkəm. Ö. ilə onun ailəsi toydan əvvəl və toy günü ona qarşı pis rəftar edib və buna görə də evlilik kağız üzərində qalıb. Rəsmən evli olsa da, 1 gün belə həqiqətən evli olmadığını söyləyən B.Ö toy zalından Görkəm. Ö. tərəfindən qovulduğunu, buna görə də zalı tərk etmək məcburiyyətində qaldığını, zinət əşyalarını da götürmədiyini dilə gətirib. Buna görə də o, Görkəm. Ö.-dən 100 min lirə mənəvi, 50 min lirə maddi təzminat istəyir.

382