Bacı qatilinə 8 il həbs cəzası
04 mart 2010 14:30 (UTC +04:00)

Bacı qatilinə 8 il həbs cəzası

Martın 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bacısını qətlə yetirməkdə təqsirləndirilən Neftçala sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Vüsal Babayevə hökm oxunub. Hökmə əsasən, V.Babayev 8 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, 2009-cu ilin oktyabrında Neftçala rayonu sakini 1980-ci il Vüsal Babayev qısqanclıq zəminində bacısı, Təranəni iplə boğaraq, öldürüb. Neftçala rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində V.Babayev tutulub.


Qeyd edək ki, V. Babayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət ittiham olunub.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392

Oxşar yazılar