Bacısının porno görüntülərini yayanı öldürdü, 9 il iş aldı
Martın 3-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürməkdə təqsirləndirilən Bakı şəhər sakininə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Binəqədi qəsəbə sakini, 1992-ci il təvəllüdlü Kənan Kərimova hökm oxunub. Hökmə əsasən, K.Kərimov 9 il müddətinə azadlıqdan məhrum edilib.
2009-cu il noyabrın 19-da Binəqədi qəsəbəsində 1984-cü il təvəllüdlü Əzimov Əvəz Ənvər oğlunun deşilmiş-kəsilmiş xəsarətlə qətlə yetirilmiş meyiti aşkarlanıb. Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətmiş Kənan Kərimov tutulub.
K.Kərimov ibtidai istintaqa ifadəsində cinayəti törətdiyini etiraf edib və hadisəni qısqanclıq zəminində törətdiyini deyib.
Belə ki, Ə.Əzimov Kərimovun bacısının T. K-nin (ad şərtidir) porno görüntülərini mobil telefonu ilə çəkib və daha sonra dostları arasında həmin görüntünü yayıb. Bundan qəzəblənən K.Kərimov Ə.Əzimovu bıçaqla qətlə yetirib.
Qeyd edək ki, K. Kərimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
F. Ə

757