Qatil haqqında məlumat verənə 10 min manat mükafat
DİN və Baş Prokurorluq Sumqayıtdakı qətl hadisəsi ilə bağlı yeni məlumat yayıb
Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu bu il fevralın 20-də saat 07.30 radələrində Sumqayıt şəhərində baş verən güllələnmə faktı ilə bağlı burgə məlumat yayıb.
DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, naməlum şəxs “Makarov» tipli tapançadan atəş açaraq valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevi qətlə yetirib, onun atası İsmayıl Balayevə isə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
Cinayətdə şübhəli bilinən təxminən 25-30 yaşlı, boyu 170-175 sm., atletik bədən quruluşlu, ağ bənizli, saçları qısa şabalıdı rəngli, gözləri qıyıq formalıdır. Azərbaycan dilində sərbəst danışır.
Həmin şəxsin fotorobotu hazırlanaraq kütləvi informasiya vasitələri ilə yayımlayıb.
Fotorobotu bir daha təqdim edərək onu tanıyanlardan və ya yerini bilənlərdən Baş Prokurorluğun 440-78-59, Daxili İşlər Nazirliyinin 590-93-31, 492-73-96, «102 Zəng Xidməti» və Sumqayıt Şəhər Polis İdarəsinin 497-64-53 nömrəli telefonlarından birinə zəng vurmaları xahiş olunur.
Anonimlik tam təmin edilməklə təsdiqlənəcəyi halda 10.000 manat pul mükafatı veriləcək.

455