Elçin Behbudov “İnfiniti” və “BMW”-dən imtina etdi
02 mart 2010 14:00 (UTC +04:00)

Elçin Behbudov “İnfiniti” və “BMW”-dən imtina etdi

Martın 2-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ondan artıq şəxsin, o cümlədən hüquq müdafiəçisi Elçin Behbudovun külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxs qismində ifadə verib. E.Behbudov ona vurulan ziyanın ödənilməsini xahiş edib: “Bu pul borcdur. Dostlarımdan götürmüşəm. Mənim boynumdadır. Mənim övladımın cehiz puludur. Bu pul qaytarılmalıdır”.


Daha sonra E. Behbudovun pulunu oğurlayanlar ifadə veriblər. Təqsirləndirilən Ruslan Məmmədov oğurladığı pulu qaytarmağa hazır olduğunu bildirib: “Mən bilməmişəm ki, bu pul Elçin Behbudovun puludur. O, hüquq müdafiəçisidir, dustaqları müdafiə edir. Bilsəydim bunu etməzdim. Mənim adımda bir “İnfiniti” markalı avtomobil var. Mən bunu həmin pulun qarşılığında verməyə hazıram”.

Digər təqsirləndirilən şəxs Səxavət Mehdiyev də ifadəsində E. Behbudovun pulunu oğurladığına görə peşman olduğunu söyləyib. O da oğurladığı pulu qaytarmağa hazır olduğunu bildirib: “Həbs olunmamışdan 15 gün əvvəl bir “BMW” markalı maşın almışdım. Onu həmin pulun qarşılığında qaytarmağa hazıram”.

Zərərçəkmiş E. Behbudov ona vurulmuş ziyanın- 30 min manatın nəğd pulla qaytarılmasını istəyib.

Proses digər zərərçəkmişlərin ifadələri ilə davam etdirilir.



İttihama görə, təqsirləndirilənlər Səxavət Mehdiyev, Ruslan Məmmədov, Elgiz Hüseynov, Zaur Əliyev və Fətəli Həsənov 2008-ci il yanvarın 29-da Heydər Əliyev prospekti - 98-də yerləşən MKTİK MMC şirkətində xəzinədar işləyən Rəşad Cəfərova məxsus “Mercedes-180” markalı avtomobildən 74 min manat oğurlayıblar. Dəstə həmçinin 2008-ci il mayın 27-də İnşaatçılar prospekti - 38-in qarşısında Çingiz Məmmədliyə məxsus “Hyundai Tucson” markalı avtomaşından 39 min manat, iyununda 7-ci mikrorayon Xarici dairəsi küçəsi - 116 ünvanında yerləşən meyvə şirələri satışı ilə məşğul olan firmanın xəzinədarı Mehman Sarıyevə məxsus “VAZ-2107” markalı maşından firmaya məxsus 69.000 dollar, həmin ilin aprelində İ.Səfərli küçəsi - 60 saylı evin qarşısında Səhman Quliyevə məxsus “Mercedes” markalı avtomobildən 58.100 dollar, həmin ilin iyulun 22-də S.S.Axundov küçəsi - 11/35 ünvanında yerləşən “Palma” kafesinin qarşısında Nəriman Həşimova məxsus “VAZ-2106” markalı maşından 47.450 dollar və 3 min manat, iyulun 14-də Ə. Hüseynzadə küçəsi 54 ünvanının qarşısında İşgəncələr Əleyhinə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova məxsus olan “Tofaş” markalı avtomobildən 30 min manat və s. oğurlayıblar.

Adıçəkilən şəxslər AZərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 180.2.2-ci (təkrar törədildikdə) və 180.2.5-ci (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunurlar.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19