Bakıda ana 7 aylıq körpəsini satmaq istəyib
Bizim məhkəmələrdə insan alveri maddəsi ilə ittiham olunan çoxlu cinayət işinə baxılır və adətən, bu işlərlə bağlı proseslər qapalı keçirilir. Burada əsasən, Dubaya, Türkiyənin şəhərlərinə qadınlarımızı satmağa aparan şəxslər, daha doğrusu “qurbanlıq qoyunlar” mühakimə olunur. Mühakimə olunanların əksəriyyəti qadınlardır.
Amma bu dəfə təqdim edəcəyimiz cinayət işi digərlərindən xeyli fərqlənir. Çünki burada ittiham olunanlar yad qızları satan insan alverçiləri deyil, öz körpəsini satan qadın və onun iki kişi tanışıdır. Lent.az təqsirləndirilən və zərərçəkmişlərin adlarını dəyişməklə həmin cinayət işini təqdim edir.
Küçələrdə gecələyən ana və bala
1992-ci ilin yay ayları idi. Bakının Bilgəh bağlarında yüngül həyat tərzi keçirən bir ana və onun qızı yaşayırdı. Ananın adı Atlas, qızının adı isə Sürəyya idi. Sürəyyanın 9 yaşı vardı. Onların maddi vəziyyəti çətin və qalmağa yerləri olmadığından bağ sakinlərinin hasarının dibində ya da dəniz kənarında gecələməli olurdular. Bağ sakinlərindən Fariz adlı şəxsin bu ana balaya yazığı gəlir. O, ana-balanı öz evində qulluqçu kimi saxlamağa başlayır. Farizin bir qoca atası vardı. Ömrünün son günlərinin yaşayan qoca belə bir insanların yardımına ehtiyac duyurdu. Əslində, Farizin də həmin bu insanları evə almasının əsas səbəbi qoca atasına qulluq göstərməyə adamların lazım olması idi. Sürəyya və Atlas evin təmizlik işlərin görür, qocanın qayğısına qalırdılar. 1997-ci ildə Farizin atası rəhmətə gedir. Lakin Atlas və qızı Sürəyya hələ də Farizin evində yaşamağa davam edirlər.
Ataları bilinməyən iki körpənin aqibəti
Yetkinlik yaşına çatandan sonra Sürəyya da əxlaqsızlıqla məşğul olmağa başlayır. O, yüngül həyat tərzi keçirir. Bundan xəbər tutan Fariz Sürəyyanı və anasını evindən çıxarır. Yenə evsiz-eşiksiz qalan ana-bala küçələrdə yaşamağa başlayırlar. Sürəyya bu müddətdə bir neçə nəfərlə cinsi əlaqədə olur. Tanımadığı bir şəxsdən hamilə qalır. Hamilə vaxtı anası Atlası itirir. Küçələrdə gecələyən Sürəyya dünyaya bir oğlan uşağı gətirir. Lakin bu uşağı çox saxlaya bilmir. Qışın oğlan çağında küçədə gecələdiyi vaxt bir neçə günlük körpəsini itirir. Pis vəziyyətdə olan Sürəyyaya heç kəs kömək eləmir. Sürəyya oğlunu gecələdiyi yerlərin birində yer qazaraq torpağa basdırır. Yenə yüngül həyat tərzi keçirməyə davam edən Sürəyyanın həyatı getdikcə çətinləşir. Üstündən bir müddət keçəndən sonra o, yenə hamilə qalır. Bu hamiləliyi də əvvəlki kimi olur. Yeni doğulan körpəsi də çox yaşamır. Onun da aqibəti əvvəlki kimi olur. Yenə gecələdiyi çöllüklərin birində yer qazaraq basdırır körpəsini.
Atası bilinməyən 3-cü körpə doğulur
Sürəyya öz işinə davam edir, cinsi əlaqədə olduğu kişilərin adlarını belə bilmir. İkinci uşağını basdırandan bir müddət sonra üçüncüyə də hamilə qalır. 2008-ci ilin dekabrında bir qız uşağı dünyaya gətirir. Bu qız uşağı əvvəlkilərdən fərqli olaraq 6 ay müddətində sağ-salamat qalır. Sürəyya bağ sakinlərindən diləndiyi pullarla adını Günel qoyduğu körpəni birtəhər dolandırır. Lakin uşaq getdikcə böyüyür. Sürəyyanın dilənməklə qazandığı pul uşağı və özünü dolandırmağa çatmır.
Bağ sakinləri də bunu bilirdilər. Onlar bu uşağın da başına əvvəlkilərin aqibətinin gələcəyini düşünürdülər. Sürəyya günlərin birində ac-yalavac Farizin qapısına dayanır. Fariz ona yazığı gəldiyindən evinə buraxır. Bu zaman Fariz gildə uşaqlıq dostu Urfan da olur. Urfan Farizdən bu qadının kim olduğunu soruşur. Fariz ona “yetim bir qızdır, körpəsi ilə qalıb küçələrdə. Bilmirik ki, nə edək bunu” deyir.
Sürəyyanın bir müddət evində yaşadığı Farizin maddi vəziyyəti bir o qədər də yaxşı deyildi. O, asan yolla pul qazanmağın yollarını axtarır. Sürəyyanı görəndə ağlına onun körpəsini satmaq gəlir. Öz-özündə fikirləşir ki, pulun az bir hissəsini Sürəyyaya verər, qalan hissəsini də özünə götürər. Fikirləşdiyi təklifi Sürəyyaya deyir. Sürəyyanı də bu təklif qane edir. Fariz körpəni satmağa varlı bir adam axtarır. Lakin tapa bilmir. Məcbur olub uşaqlıq dostu Urfana bu haqda deyir. Urfan da bu işi görəcəyi təqdirdə puldan pay götürəcəyini söyləyir, Fariz razılaşır.
Bu söhbətdən bir neçə gün sonra Urfan bu körpəni ala biləcək varlı bir adam tapır. Həmin adamı qonşusu Vaqif adlı şəxsin vasitəçiliyi ilə tapır. Ancaq Vaqif uşaq satmaq barəsində hüquq mühafizə orqanlarına xəbər verir. Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat tədbiri keçirirlər. Şərti alıcı qismində bir polis əməkdaşını Vaqif Urfana təqdim edir. Onlar qiymətdə razılığa gəlirlər. Urfan da həmin adamı Farizlə görüşdürür. Fariz 7 aylıq körpənin 7000 manata sata biləcəklərini şərti alıcıya söyləyir. Şərti alıcı bu qiymətin baha olduğunu, bir az qiymətdə endirim etmələrini xahiş edir. Farizlə Urfan körpəni 6400 manatdan aşağı qiymətə satmayacaqlarını bildirirlər. Şərti alıcı razılaşır, onlar gün təyin edirlər.
Fariz qiymətlə bağlı Sürəyyaya heç nə demir. İyun ayının 9-da Sürəyya və körpəsini maşına mindirib, gəlirlər görüş təyin elədikləri Bakı Dəmiryol Vağzalına. Sürəyya maşında oturur. Alqı-satqını həyata keçirməyə Farizlə Urfan gedir. Bu zaman polis əməkdaşları pusquda olurlar. Alqı-satqı reallaşan kimi polis əməkdaşları onları həbs edirlər. Lakin Fariz qaçmağa müvəffəq olur.
Bir müddətdən sonra o da yaxalanaraq istintaqa təhvil verilir.
İbtidai istintaq vaxtı Sürəyya səmimi ifadələr verərək, törətdiyi cinayəti etiraf edir. Fariz və Urfan isə Sürəyyanın çətin vəziyyətdə olduğunu görüb ona kömək eləmək məqsədi ilə bunu etdiklərini bildirirlər.
2009-cu ilin dekabrından başlayan bu proses hələ də davam edir.
P.S Sürəyyanin satmaq istədiyi qızı Günel Bakıdakı uşaq evlərinin birində həyatına davam edir.
[email protected]
Fərid Əkbərov

1483