Hərbi hissədə ölüm hadisəsi
Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin əsgəri bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA-nın məlumatına görə, hadisə fevralın 24-də Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsində baş verib.
2009-cu ilin oktyabr ayında Quba rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü, əsgər Cəfərov Mehman Həsənağa oğlunun əlində silahın açılması nəticəsində güllə 2009-cu ilin yanvarında Ağdaş rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış kiçik çavuş, 19 yaşlı Hümbətov Nahid Şahid oğluna dəyib və o,
hadisə yerində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında hadisənin təhlükəsizlik qaydalarına riayət olunmaması nəticəsində baş verdiyini bildirib. Hadisəni törədən əsgər saxlanılıb, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

889