“Min bir gecə”nin “Bennu”su gerçək həyatda da övladını itirdi
27 fevral 2010 14:00 (UTC +04:00)

“Min bir gecə”nin “Bennu”su gerçək həyatda da övladını itirdi

2008-ci ilin avqust ayında İstanbuldakı Esma Sultan qəsrində möhtəşəm bir nokah mərasimi ilə iş adamı Əngin Akgünlə ailə quran aktrisa Ceyda Düvenci körpəsini itirib.


8 il əvvəl bir ziyafətdə gördüyü Ceyda haqqında “mən Ceydayla evlənəcəm” qərarını verən Akgün ilə illər sonra arzusuna çatıb.

Evləndikləri gündən uşaq istədiklərini bildirən cütlük 2 aa əvvəl xoş xəbərlə sevinib. Belə ki, aktrisanın hamilə olduğu üzə çıxıb. Hamiləliyi səbəbindən serial təkliflərini rədd edən Düvenci dünən səhər aldığı xəbərdən sarsılıb.


Lent.az-ın Türkiyənin “Vətən” qəzetinə istinadən verdiyi məlumata görə, körpəsi üçün təkrar müayinəyə gedən Ceyda Düvenci 10 həftəlik körpəsinin ürəyinin dayandığını öyrənib. Kiçik bir əməliyyat keçirən aktrisa daha sonra Acarkəntdəki evində istirahət edib.


Qeyd edək ki, “Min bir gecə” serialındakı Bennu Ataman rolu ilə sevilən Düvenci bu filmdə də körpəsini itirərək pərəstişkarlarını gözyaşına boğmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 477

Oxşar yazılar