Türk Ordusunun generalları azadlıqda!
İstanbul Baş Prokurorunun müavini Turan Çolakkadı: “Bu generalları 2 ay əvvəlki ünvanlarını tərk etmədikləri üçün azad etdik”
Türkiyə Silahlı Qüvvələrinin sabiq komandanları “Balyoz” çevriliş planı iddiaları ilə bağlı məhkəmədə ifadə veriblər.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmə Hərbi Hava Qüvvələrinin sabiq komandanı general İbrahim Fırtına, Hərbi dəniz Qüvvələrinin sabiq komandanı admiral Özden Örnek və 1-ci ordunun komandanı general Ergin Saygunun azadlığa çıxmaları barədə qərar verib.
Məhkəmə binasından çıxan İbrahim Fırtına jurnalistlərə açıqlamasında deyib ki, bu, onun şəxsinə, Hərbi Hava Qüvvələrinə, qəhrəman Türkiyə Silahlı Qüvvələrinə yönəlik iddiaları araşdırmaq üçün aparılan bir prosesdir: Bu məsələnin aydınlığa çıxması üçün buradayam. Buna da etdiyimə inanıram. Hazırda aranızdayam. Hüquqlarımın qorunması üçün mənə yardımçı olan vəkillərimə də ayrı-ayrılıqda təşəkkür edirəm”.
İstanbul Baş Prokurorunun müavini Turan Çolakkadı isə generalların azadlığa buraxılmalarının səbəbin aydınlıq gətirib: “Bu generalların dekabr ayında ifadələrini almışdıq, qaçmadılar. Arayan zaman təkrar onları ünvanlarında tapdıq. Dəlilləri qaralamağa da cəhd göstərmədilər. Həbsin ən əsas səbəbi qaçma və dəlilləri qaralamağa cəhd göstərmək idi. 2 ay əvvəlki ünvanlarını tərk etmədikləri üçün azad etdik. Onlarla bağlı araşdırma davam edəcək”.
Dünən İstanbul Baş Prokurorluğunda admiral Semih Çetin, admiral Turgay Erdağ və Silahlı Qüvəllərin Baş Qərargahında Strateji Araşdırmalar Mərkəzinə rəhbərlik etmiş, istefada olan general Süha Tanyer də məhkəmədə ifadə veriblər. Prokurorluq onların hər üçünün həbsini istəyib və onlar məhkəməyə göndəriliblər.
Ümumiyyətlə, bu vaxta qədər vəzifədə olan və istefaya çıxmış 28 hərbçi barədə həbs qərarı verilib. Həmin hərbçilər aşağıdakılardır:
- Admiral Aziz Çakmak
- General İhsan Balabanlı
- General Bekir Memiş
- Admiral Cem Ramazan Gürdeniz
- İstefada olan general Mətin Yavuz Yalçın
- İstefada olan admiral Ali Feyyaz Öğütçü
- İstefada olan general Mehmet Kaya Varol
- İstefada olan general İzzət Ocaq
- İstefada olan admiral Özür Karabulut
- İstefada olan admiral Ali Dəniz Kutluk
- Polkovnik Ali Rza Sözen
- Polkovnik Ali Türkşen
- Polkovnik Abdulla Zəfər Arısoy
- Polkovnik Hasan Basri Aslan
- Polkovnik Yüksel Gürcan
- Podpolkovnik Hanifi Yıldırım
- Podpolkovnik Levent Çehreli
- Podpolkovnik Ertuğrul Uçar
- Podpolkovnik Taylan Çakır
- Polkovnik Recep Yıldız
- Polkovnik Mustafa Öncel
- Polkovnik Murat Özçelik
- İstefada olan polkovnik Ümit Özcan
- İstefada olan polkovnik Kilay Aktaş
- İstefada olan polkovnik Emin Küçükkılıç
- İstefada olan polkovnik Suat Aytın,
- İstefada olan polkovnik Ali İhsan Çavdaroğlu
- İstefada olan polkovnik Bülent Tunçalp

424