Türk Ordusundan sərt mesaj
Generalların və admiralların iştirakı ilə keçirilən toplantı ilə bağlı açıqlama yayılıb
Dünən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında ehtiyatda olan yüksək rütbəli hərbçilərin saxlanılması ilə əlaqədar vəzifədə olan bütün ordu generalları və admiralların iştirakı ilə toplantı keçirilib və toplantı ilə bağlı Baş Qərargah axşam saatlarında rəsmi açıqlama yayıb.
Lent.az-ın Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytına istinadən verdiyi məlumata görə, açıqlamada bildirilir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində ortaya çıxan ciddi durumu dəyərləndirmək üçün Baş Qərargahda Türkiyə Silahlı Qüvvələrinin bütün general və admirallarının iştirakı ilə bir toplantı keçirilib.
“Milliyet” qəzeti yazıb ki, bir cümləlik bu qısa açıqlamaya Türkiyə Silahlı Qüvvələrinin tarixində ilk dəfə rast gəlinir. Əldə olunan məlumatlara görə, Baş Qərargah “Balyoz” çevriliş iddiaları ilə bağlı generalların bu formada həbsindən narazı qalıb və hərbi prokurorluğun da araşdırdığı bu mövzu ilə bağlı xəbər verilmədən hərəkət keçilməsindən narahatlıq keçirir. Bəzi sabiq hərbçilər bunu təhdid mesajı kimi şərh ediblər.
Qəzet qeyd edib ki, Baş Qərargahın açıqlamasının baş nazirin müavini Cəmil Çiçəyin İlkər Başbuğla görüşündən sonra verdiyi bəyanatdan dərhal sonra ortaya çıxması da diqqət çəkir. Xatırladaq ki, Cəmil Çiçək bu görüşdə baş nazirə təhqir anlamı verən bir parol barədə müzakirə apardıqlarını söyləyib. Baş Qərargah isə bu açıqlamanı yayaraq, əsas müzakirə mövzusunun “Balyoz” çevriliş iddiaları ilə bağlı baş verən son hadisələr olduğuna işarə edib.
Ancaq buna baxmayaraq, gecə saatlarında məhkəmə keçirilib. Hazırda hərbi vəzifədə olan Dəniz Qüvvələri Komandanlığının Plan Layihələndirmə Dairəsinin rəhbəri general Ramazan Cem Gürdəniz, general Aziz Çakmak, istefada olan general Mehmet Kaya Varol, istefada olan admiral Ali Dəniz Kutluk, istefada olan admiral Özer Karabulut, istefada olan polkovnik Ümid Özcan və istefada olan polkovnik Ali İhsan Çuhadaroğlu barədə həbs qərarı verilib.
General Ayhan Taş, istefada olan admiral Lütfi Sancar, istefada olan admiral Engin Baykal, istefada olan polkovnik Ahmet Metin Dikici, istefada olan çavuş Adil Erden və polkovnik Cengiz Köylü isə azadlığa çıxıblar.

333