“Nadir Əzimov şərəf və ləyaqətini pula satmır”
24 fevral 2010 16:45 (UTC +04:00)

“Nadir Əzimov şərəf və ləyaqətini pula satmır”

“Biz məhkəmədə Röyadan 200 min manat tələb etməyəcəyik. Bircə onu deyim ki, Nadir Əzimov şərəf və ləyaqətini pula satmır. Bizim Röyadan başqa tələblərimiz olacaq. O tələbləri də məhkəmədə açıqlamaq fikrindəyik”.

Bəstəkar Nadir Əzimovun həyat yoldaşı Lalə Əzimova Lent.az-a açıqlamasında bəstəkarın müğənni Röyadan məhkəmədə 200 min manat pul tələb etməsi barədə yayılan xəbərə münasibət bildirib.

“Röyaya bizim adımızdan bu xəbəri kim çatdırıb, bilmirəm. Xahiş edirəm, maraqlanın ki, bu xəbəri ona kim çatdırıb. Röya belə xəbərlərə inana-inana vəziyyəti bu səviyyəyə çatdırdı”, – deyə, Lalə xanım əlavə edib.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473

Oxşar yazılar