Türkiyədə bir gündə 51 hərbçi həbs olunub
Saxlanılanlar arasında istefada olan 18 general, 4 admiral var
Dünən “Balyoz” çevriliş planı iddiaları ilə bağlı İstanbul Baş Prokurorluğunun qərarı ilə polisin “Ankara, İstanbul və İzmirdə polisin eyni vaxtda müxtəlif ünvanlarda keçirdiyi əməliyyatlar zamanı saxlanılanların sayı 51 nəfərə çatıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, arasında 18 istefada olan general, 4 admiral, 28 polkovnik və aşağı rütbəli hərbçi, 1 çavuş saxlanılıb.
Saxlanılanlar arasında Hərbi Hava Qüvvələrinin sabiq komandanı, general İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, admiral Özden Örnek, 6 ay əvvəl istefaya çıxan I ordunun sabiq komandanı, general Ergin Sayqun, 2004-cü ilə qədər I ordunun komandanı olmuş Çətin Doğan, əfsanə komandanlardan sayılan, Alan PKK terror təşkilatının lideri Abdulla Öcalanın və PKK-nın ikinci şəxsi Şemdin Sakıkın həbsi ilə bağlı əməliyyatlara başçılıq etmiş general Əngin Alan da var.
İrticaya qarşı sərt tədbirlər görülməsinin və dövlətinin avtoritetinin bərpa edilməsinin tərəfdarları sırasında adı çəkilən 6-cı ordunun komandanı, general Ayhan Taş, Cənub Dəniz Sahə Komandanlığına başçılıq etmiş, dövlətin ali medalları ilə təltif olunmuş admiral Lütfü Sancar, admiral Ali Deniz Kutluk, admiral Feyyaz Öğütçü
də saxlanılanlar arasındadır.

397