Dağıntılar altında qalan şəxsin həyat yoldaşı danışdı
22 fevral 2010 11:00 (UTC +04:00)

Dağıntılar altında qalan şəxsin həyat yoldaşı danışdı

“Həyat yoldaşım tez gedib işini bitirmək istəyirdi”


Binəqədi rayon prokuroru Mirələkbər Seyidov Binəqədidə partlayış baş vermiş binanın dağıntıları altında 1 nəfərin qaldığını təsdiqləyib.


Lent.az-ın müxbirinin verdiyi məlumata görə, dağıntılar altında qalan Xoşbəxt Babayevin həyat yoldaşı Maxanım Babayeva deyib ki, həyat yoldaşı Binəqədi Yol Tikinti İdarəsinə məxsus inzibati binada gözətçi olmayıb.


Xoşbəxt Babayev həmin binada usta kimi çalışırmış: “Həyat yoldaşım Binəqədi Yol Tikinti İdarəsinin işçisi deyildi, usta idi, binada bir az işi qalmışdı. Mənə dedi ki, tez gedib işini bitirmək istəyir. Evdən tez çıxdı. İndi içəridə qalıb, ondan xəbər gözləyirik”.


Qeyd edək ki, bu gün saat 5:25 radələrində Binəqədi III mədən, 12. ünvanında yerləşən ikimərtəbəli binada partlayış baş verib. Dağıntılar altında bir nəfər qalıb.


Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 455

Oxşar yazılar