Şəhid olan və yaralanan əsgərlərin adları açıqlandı
19 fevral 2010 15:30 (UTC +04:00)

Şəhid olan və yaralanan əsgərlərin adları açıqlandı

Müdafiə Nazirliyi rəsmi məlumat yayıb

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 18-də Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba və Qapanlı, Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Sonra atışma geniş miqyaslı xarakter alıb.


Nəticədə əsgər Məmmədov Sahil Novruz oğlu (10.04.1991 Şəki RHK 04.2009), kiçik çavuş Fərəcov Röyal Təşər oğlu (08.03.1991 Masallı RHK 04.2009), əsgər Rüstəmov David Sultanmuradoviç (22.07.1991 Xaçmaz RHK 10.2009 ) şəhid olub.


Əsgər Adıgözəlov Elvin Murad oğlu (10.12.1990 Şəmkir RHK 01.2009) isə yaralanıb.


Düşmən cavab atəşi ilə susdurulub və bizdən az itki verməyərək geri çəkilməyə məcbur edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801

Oxşar yazılar