Qusarda öz qızını zorlayan ataya 15 il həbs cəzası
0
0
Fevralın 19-da Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəmədə öz qızını zorlamaqda təqsirləndirilən Qusar rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, keçirilən prosesdə təqsirləndirilən 1971-ci il təvəllüdlü F.S.yə hökm oxunub. Hökmə əsasən, F.S. 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2009-cu il sentyabrın 4-də Qusar rayonunun Avaran-qışlaq kənd sakini, F.S. 1992-ci il təvəllüdlü qızı Firanəni (adı şərtidir) zorlayıb. Firanənin anasının şikayəti əsasında F.S. Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Qeyd edək ki, F.S. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham olunub.
F. Əkbərov