Həmyerlisini zorlayana 9 il həbs cəzası
Fevralın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə zorlamada təqsirləndirilən Qazax rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən 1983-cü il təvəllüdlü İman Namazova hökm oxunub. Hökmə əsasən, İ.Namzov 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2009-cu il oktyabrın 16-da İ. Namazov Qazax rayonunun Qarapapaq kənd sakini Təranənin (adı şərtidir) evinə gələrək, ona pul müqabilində cinsi əlaqədə olmağı təklif edib. Təklifinin rədd olunduğunu görən İ. Namzov Təranəni saçlarından tutaraq, sürüyə-süryə həyətdə olan tikiliyə gətirib. Burada Təranəni döyərək məcburi şəkildə onunla cinsi əlaqədə olub.
Qeyd edək ki, İ.Namzov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149-cu (Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham olunub.

350